Amerika Birləşmiş Ştatları Ukraynaya və NATO müttəfiqlərinə silah satışını dayandırıb. Ajans.az bu barədə "Axios"a istinadən xəbər verir. Məlumata görə, xüsusilə AMRAAM raketləri, "Aegis" döyüş sistemləri və HIMARS zenit-raket komplekslərinin tədarükünə fasilə verilib.
Bunun səbəbi isə şatdaun - ABŞ hökumətinin fəaliyyətini müvəqqəti dayandırmasıdır. Bu səbəbdən, 5 milyard dollardan çox dəyərə malik ABŞ silahının ixracı gecikir.