EN

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN UCUZLAŞDIVİDEO

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb.

Eləcə də bazara çıxarılan mənzil sayları da artıb. Bu əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində də eyni haldır.

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyir ki, Satışa çıxarılan social evlərin qiyməti aşağı olsa da onlara da tələbat azdır. Əsas səbəb isə həmin ərazilərdə ictimai nəqliyyat problemidir. Sakinlər mərkəzə gəlmək üçün bir neçə dəfə marşrut dəyişməli olurlar.

Qeyd edək ki, sözügedən ərazilərdə  ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
43
5
xezerxeber.az

6Sources