EN

Mayk Menyan “Çelsi”yə keçmək istəyir

“Milan”ın qapıçısı Mayk Menyan növbəti mövsümdə harada oynayacağını açıqlayıb.

90deqiqe.Az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı qapıçı mövsüm sonunda müqaviləsi başa çatdıqdan sonra “Çelsi”yə keçməyə hazırdır.

Eyni zamanda fransız oyunçunun hələ də “Bavariya” və “Yuventus”dan gələcək potensial təkliflərə açıq olduğu bildirilir.

Qapıçı futbola “PSJ”də başlayıb və 2021-ci ildən bəri “Milan”ın heyətində çıxış edir.

Bu mövsüm Menyan bütün turnirlərdə 12 matç keçirib, 9 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Milan”la müqaviləsi gələn yay başa çatacaq.

Chosen
54
90deqiqe.az

1Sources