EN

Azər Bağırov: “Bu gün ikinci qolu vursaydıq…”

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının XI turunun "Kəpəz" - "Sabah" matçından (1:3) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Zəfər günü" və "Bayraq gün"lərimizi təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Oyuna gəldikdə, istədiyimiz heyətlə meydana çıxa bilmirik. Bütün oyunlar çətin keçir. Nəsə etmək istəyirik. Sadəcə cüzi səhvləri təkrarlayırıq və istəmədiyimiz qolları buraxırıq. Amma komandanı istədiyimiz formaya salacağıq. Rəqibi təbrik edirəm".

- Heyətlə bağlı problem var idi? 

- Ötən mövsüm də komandanı götürdükdən sonra 3 məğlubiyyət yaşadıq, ardınca bir qələbə qazandıq. İndi isə əksi oldu. Enişlər yaşadıq. Bu gün Dioqo Verdaşka yox idi. Ötən mövsüm tam fərqli vəziyyət idi. Səbəbləri bilirəm. Amma bu, problemlərin həlli deyil. Qışa qədər maksimum xallar toplamağa çalışacağıq ki, fasilədə səhvlərin cavablarını alacaqsız.

- Bu mövsüm Premyer Liqada qalmaq potensialınız var?

- Ötən mövsüm 32 xal yığmışdıq. Qışdan sonra ilk dördlükdə idik. Komandaların sayı çox olduqca, xallar bölünür deyə, 20-21 xal bəs edəcək ki, hansısa komanda Premyer Liqada qalsın. "Karvan-Yevlax" dünən son dəqiqələrdə qol buraxdıq. Bu gün ikinci qolu vursaydıq, geri dönüş edərdik. Daha yaxşı olacağıq. Qışdan sonra 17 oyun olacaq. Çox böyük xallardır.

Millimizin İslandiya və Fransaya qarşı heyəti açıqlanıb

"Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO

Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub

Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"

Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
10
apasport.az

10Sources