AZ

"Amma komandanı istədiyimiz formaya salacağıq" - Azər Bağırov

"Kəpəz" Misli premyer-liqasının 11-ci tur matçında "Sabah"a uduzdu - 1:3.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baç məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

"Zəfər günü" və "Bayraq günü"müzü təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Oyuna gəldikdə, istədiyimiz heyətlə meydana çıxa bilmirik. Bütün oyunlar çətin keçir. Nəsə etmək istəyirik. Sadəcə cüzi səhvləri təkrarlayırıq və istəmədiyimiz qolları buraxırıq. Amma komandanı istədiyimiz formaya salacağıq. Rəqibi təbrik edirəm.

- Heyətlə bağlı problem var idi?
- Ötən mövsüm də komandanı götürdükdən sonra 3 məğlubiyyət yaşadıq, ardınca bir qələbə qazandıq. İndi isə əksi oldu. Enişlər yaşadıq. Bu gün Dioqo Verdaşka yox idi. Ötən mövsüm tam fərqli vəziyyət idi. Səbəbləri bilirəm. Amma bu, problemlərin həlli deyil. Qışa qədər maksimum xallar toplamağa çalışacağıq ki, fasilədə səhvlərin cavablarını alacaqsız.

- Bu mövsüm premyer-liqada qalmaq potensialınız var?
- Ötən mövsüm 32 xal yığmışdıq. Qışdan sonra ilk "dördlük"də idik. Komandaların sayı çox olduqca, xallar bölünür deyə, 20-21 xal bəs edəcək ki, hansısa komanda premyer-liqada qalsın. "Karvan-Yevlax"dan son dəqiqələrdə qol buraxdıq. Bu gün ikinci qolu vursaydıq, geri dönüş edərdik. Daha yaxşı olacağıq. Qışdan sonra 17 oyun olacaq. Çox böyük xallardı.

Seçilən
7
10
football-plus.az

10Mənbələr