EN

“Qarabağ” “Neftçi”yə qarşı - Canlı+Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə “Zəfər turu” adlandırılıb.

Bütün oyunlar rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək.

“Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. 

9 noyabr (bazar)

***

Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün heyətlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, komandalar saat 18:44-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi

​​​​​"Cebheinfo.az" 

Chosen
19
9
cebheinfo.az

10Sources