Fransa millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Zinəddin Zidan Turin nəhəngi haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" əfsanəvi futbolçunun "Yuventus"la bağlı emosional fikirlərini belə çatdırıb:
"O, hər zaman ürəyimdədir və əminəm ki, "Yuventus" yenidən möhtəşəm olacaq. Orada sizə nəyin bahasına olursa-olsun qalib gəlməyi öyrədirlər. Fransada qalib gəlməsəniz, bu, ciddi reaksiya doğurmur, heç kim reaksiya vermir. Amma A Seriyasında hər şey fərqli idi".
Xatırladaq ki, fransalı 1996-2001-ci illərdə “Yuventus”da çıxış edib. 53 yaşlı mütəxəssis 2021-ci ilin iyunundan - “Real Madrid”in baş məşqçi postunu tərk etdikdən sonra klubsuzdur. Onun Fransa millisinin növbəti baş məşqçisi olacağı bildirilir.
Mirağa