EN

Ərdoğan Pakistanda səfərdədir: Şərif aeroportda qarşıladı

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.

Axar.az xəbər verir ki, Türkiyə liderini İslamabad aeroportunda Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidentini nazirlər, yüksəkvəzifəli dövlət rəsmiləri və korporativ rəhbərlərdən ibarət yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edib. Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.

Sessiyanın sonunda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir.

Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
sherg.az

1Sources