ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu olub.
Messi bu göstəriciyə Əsas Futbol Liqasının (MLS) pley-off mərhəlisində 1/8 finalının üçüncü oyununda “Neşvill”ə qarşılaşmada çatıb. Oyun ev sahibi komandanın 4-0 hesablı qələbəsi ilə başa çatdı. Messi iki qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə də etdi.