Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Yuventus"un yeni baş məşqçisi Luçano Spalletti İtaliya A seriyasının 11-ci turunda "Torino" ilə görüşün nəticəsi haqda danışıb..
Sportal.az "Pazzi di Fanta"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan Turin derbisində komandasının yüksək performans göstərmədiyini etiraf edib:
"Bacarığımızdan aşağı səviyyədə oynadığımızı başa düşürük. Bunun üzərində işləməliyik. Bəzi oyunçular yorğun olsalar da, ümumilikdə göstərdikləri səydən məmnunam. Əks-hücum riskini bilərək şüurlu şəkildə irəli getdik. Lakin daim təzyiq yaradaraq aktiv olmağı seçdik. Bu görüşdə bir xal qazandıq, amma işləməyə davam edirik".
Qeyd edək ki, “Yuventus"un 19 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.