EN

Ceyhun Bayramov Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında qeyd edib.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır. Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm", - deyə paylaşımda bildirilib.

Chosen
27
11
hafta.az

10Sources