EN

Messi 400 cü assistini edib

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400-cü assistni edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu göstərici MLS çempionatının 1/8 final mərhələsində "Neşvill"lə oyunda qeydə alınıb.

Görüşdə "İnter Mayami" 4:0 hesabı ilə qalib gəlib. Messi həm iki qol vurub, həm də bir asistlə yadda qalıb.

Messi karyerası ərzində "Barselona"da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, "İnter Mayami"də isə 37 məhsuldar ötürmə edib.

Hazırda 38 yaşlı futbolçu "İnter Mayami" ilə MLS-in 1/4 finalına yüksəlib və növbəti mərhələdə "Sinsinnati" ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol tarixində ən çox qol ötürməsi edən futbolçu Ferens Puşkaşdır - 404.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
3
baku.ws

10Sources