EN

Şirvan OCL Zəfər günü ilə bağlı tədbir keçirdi

Əziz həmvətənlər!

 Böyük Zəfərimiz öncəsi 8 Noyabr Zəfər Günü münasibətilə Şirvanda şəhərin neftçilərinin timsalında Şirvan OCL Həmkərlar komitəsi təşkil etdiyi "Zəfərin mübarək Azərbaycan" adlı tədbirdə iştirak etdim. 

Şəhid ailələri, müharibə veteranları və qazilərimizin iştirakı ilə baş tutan tədbirdə şəhər İH başçısı hörmətli İlqar Abbasov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ağsaqqalları və s. qonaqlar iştirak edirdilər.

Tədbirdə xüsusilə II Qarabağ Şəhidlərimizin şəkillətinin əksi olan, nəfis tərzdə hazırlanmış xalçaların ailələrinə təqdimatı şəhidlərimizin ruhuna ehtiram kimi hər birimizə olduqca təsirli bir anlar yaşatdı.

İltizam Yusifov

VI çağırış Milli Məclisin deputatı

Chosen
39
sabahinfo.az

1Sources