EN

Xəzər sahilində helikopter qəzası: ölənlər rəhbər şəxslərdir

Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb.

 

Modern.az xəbər verir ki, hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir və helikopter fırlanaraq yerə düşür.

 

KİV-lərin məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub. Lakin bu hadisə 2023-cü ildə “Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojinin öldüyü helikopter qəzasını xatırladır.

 

Qızılyar zavodu 2024-cü ildə Rusiya ordusu üçün aviasiya avadanlığı istehsal etdiyinə görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.

 

Ölənlər arasında tikinti və nəqliyyat təminatı üzrə baş direktor müavini Açalo Maqomedov da var. Bundan əlavə, daha üç zavod rəhbəri və helikopterin bortmexaniki ölüb. İki nəfər yaralanıb.

Chosen
9
11
modern.az

10Sources