EN

VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan üçün mühüm yarış günü olacaq

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan üçün mühüm yarış günüdür. Təmsilçilərimiz 6 idman növündə mübarizəyə qatılacaqlar.

İdman.Biz xəbər verir ki, cüdoçuların mübarizəsində Aytac Qardaşxanlı, Südabə Ağayeva (hər ikisi 70 kq), Günel Həsənli (78 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) medal qazanma şanslarını yoxlayacaqlar.

Üzgüçülük yarışlarında isə Səid Həmidov, Yeqor Maynitskiy, Rəşad Alquliyev, Fatimə Alkərəmova, Anastasiya Boborikina mübarizəyə qatılacaqlar.

Ağırlıqqaldırma yarışında ölkəmizi İsa Rüstəmov (71 kq) təmsil edəcək.

Səidcəmşid Cəfərov (80 kq), Aynur Mikayılova (57 kq) Fatimə Mehdiyeva (65 kq) və Məhəmmədəli Qasımzadə boks üzrə yarımfinal görüşünə çıxacaqlar.

Kişi və qadınlardan ibarət yığmalarımız, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq komanda yarışında mübarizə aparacaq.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu ev sahibi Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın stolüstü tennis yığması da Pakistan kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
3
icma.az

4Sources