EN

Suriya Prezidenti ABŞ yə getdi

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ-yə rəsmi səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulmaq istədiyini bildirib.

Qeyd edək ki, Suriya Prezidenti əvvəllər də ABŞ-yə səfər edib. Bu ilin sentyabrında onun səfəri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
3
metbuat.az

10Sources