EN

"Ayntraxt"dan Götze ilə bağlı qərar

style='margin-bottom:10px;'>

"Ayntraxt"ın yarımmüdafiəçisi Mario Götzenin müqaviləsi mövsümün sonunda başa çatır.

QOL.az xəbər verir ki, "Ayntraxt"ın idman direktoru Markus Kreşe 33 yaşlı futbolçunun gələcəyi haqqında danışıb:

"Biz Mário ilə qışda görüşmək barədə razılaşmışıq. O, təcrübəli və komanda üçün çox vacib futbolçudur və ustalıqla bizə kömək edə biləcəyini yenidən sübut etdi. Heç bir təzyiq yoxdur. Düşünürəm ki, o, Frankfurtda özünü rahat hiss edir. Biz onun komandada olmasından məmnunuq, qalan məsələlər zamanla aydınlaşacaq”.

Qeyd edək ki, Götze cari mövsümdə klubun heyətində bütün turnirlərdə 10 oyun keçirib və 2 qol ötürməsi ilə yadda qalıb.
 

Chosen
61
1
teleqraf.com

2Sources