EN

Zelenski: Ukrayna daha çox “Patriot” sistemi almağa ümid edir

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi daha çox “Patriot” zenit-raket kompleksləri əldə etməyə ümid edir və bu istiqamətdə ABŞ-la danışıqlar aparılır.APA xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi Rusiyanın raket hücumlarına qarşı mübarizədə ciddi çətinliklərlə üzləşir.

“Bütün ölkə ərazisini qorumaq üçün bu sistemlərdən daha çoxuna ehtiyacımız var”, – Zelenski vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
3
apa.az

4Sources