EN

Türkiyənin ilk kosmonavtı Zəfər Günü münasibətilə Bakının kosmosdan fotolarını paylaşıb

BAKI,TurkicWorld

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı 8 Noyabr – Zəfər Günü münasibətilə Bakının kosmosdan çəkilmiş fotolarını sosial media hesablarında paylaşaraq Azərbaycan xalqını təbrik edib.

TurkicWorld bu barədə kosmonavtın "X" hesabına istinadən xəbər verir.

Gezeravcı paylaşımında bildirib:

"8 Noyabr Zəfər Gününüz mübarək!

Kosmosdan baxanda sərhədlər görünmür, amma bir millətin əzmi, inamı və mübarizəsi bütün Yer üzündən hiss olunur.

Azərbaycan xalqının qəhrəmanlığı ilə qazanılan bu böyük zəfər sadəcə bir torpaq uğuru deyil, həm də müstəqilliyin, birliyin və qardaşlığın göylərə yazılmış rəmzidir.

Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm."

Chosen
35
8
turkic.world

10Sources