Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Göyçay rayonunda keçiriləcək “Nar Festivalı”nın təşkilati işləri ilə bağlı satınalma həyata keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “ADZONE-S” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bağlanmış müqavilənin dəyəri 58.994,1 manat təşkil edir.
Qalib şirkətin nizamnamə kapitalı 1000 manayt, qanuni təmsilçisi MİRCAMAL CƏFƏROV BÖYÜKAĞA OĞLUdur. Onu da vurğulayaq ki, şirkətin nizamnamə kapitalı 4 manat, qanuni təmsilçisi QULİYEV VÜQAR YAŞAR OĞLU olub.
Dövlət Turizm Agentliyinə hazırda Fuad Nağıyev rəhbərlik edir.
Qeyd edək ki, bu il martın 4-də Prezident İlham Əliyev tərəfindən ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.