AZ

Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədr “Nar Festivalı” üçün 60 min manatı bu şirkətə köçürdü

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Göyçay rayonunda keçiriləcək “Nar Festivalı”nın təşkilati işləri ilə bağlı satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “ADZONE-S” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bağlanmış müqavilənin dəyəri 58.994,1 manat təşkil edir.

Qalib şirkətin nizamnamə kapitalı 1000 manayt, qanuni təmsilçisi MİRCAMAL CƏFƏROV BÖYÜKAĞA OĞLUdur. Onu da vurğulayaq ki, şirkətin nizamnamə kapitalı 4 manat, qanuni təmsilçisi QULİYEV VÜQAR YAŞAR OĞLU olub.

Dövlət Turizm Agentliyinə hazırda Fuad Nağıyev rəhbərlik edir.

Qeyd edək ki, bu il martın 4-də Prezident İlham Əliyev tərəfindən ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

Seçilən
80
nocomment.az

1Mənbələr