EN

Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı paraddan paylaşım etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

 

Bu barədə nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

 

"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda möhtəşəm bir parad keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə naziri Yaşar Güler ​​və ordumuzun komandanlığı da tədbirdə iştirak etdi. Hərbçilərimiz paradda Azərbaycan türklərini salamladılar. Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri də paradda uşular həyata keçirdilər", - nazirliyin paylaşımında bildirilib.

 

Tarix: 8 Noyabr 2025, 16:30   
Chosen
28
pravda.az

1Sources