EN

Türkiyə Prezidentinin administrasiyası Bakıdakı hərbi paraddan görüntülər paylaşıb - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.

Moderator.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

"Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk", - Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.

 

Chosen
64
3
moderator.az

10Sources