EN

BƏƏ-nin Baş nazirinin müavini Azərbaycana gəldi

 

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycana səfərə gəlib.

 

Azreform.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

Chosen
8
45
azreform.info

10Sources