EN

"Liverpul" macar futbolçu ilə bağlı qərar verib

"Liverpul" klubu yarımmüdafiəçi Dominik Soboslai ilə bağlı qərar verib.

90deqiqe.Az “Goal”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi macar futbolçu ilə yeni uzunmüddətli müqavilə barədə rəsmi danışıqlara başlamağa hazırlaşır.

25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər onu daha iki il uzatmağı planlaşdırır. Yeni razılaşma çərçivəsində futbolçunun maaşının da əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Soboslai "Liverpul"a 2023-cü ilin yayında transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri hazırda 85 milyon avro təşkil edir.

Chosen
63
90deqiqe.az

1Sources