EN

Səidədən Brilliant Dadaşovanın dediklərinə reaksiya Foto

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşova aktrisa bacısı Sədaqət Dadaşova və qızı, müğənni Səidə Dadaşova arasında olan qalmaqala münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, Səidə xalasının onun və həyat yoldaşı Maqanın haqqında dediklərinə reaksiya verib. İfaçı birlikdə olan fotolarını yayımlayaraq, bunları yazıb:

"Atam (Mərhum Xalq artisti Rafael dadaşov - red.) dünyasını dəyişəndən sonra elə bilirdim ki, arxamda heç kim qalmayıb. Amma bu gün sosial şəbəkələrdə gördüklərim mənə bunun əksini sübut etdi. Təşəkkür edirəm, Brilliant xanım ( xalam ) - mənə görə narahat oldunuz. Amma mən ailəmlə, həyat yoldaşım Maqa və övladım Rafaellə çox xoşbəxtəm. Çox sağ olun".

Qeyd edək ki, B.Dadaşova Səidə haqqında "Səidə, yanındakı insan səni ailəndən uzaqlaşdırır ki, səni "yemək" asan olsun. Amma onu bil ki, başına gələn bütün bəlalarda necə səninlə olmuşamsa, yenə də yanındayam. Yenə də dara düşsən, bil ki, gecə saat 4-də də olsa, bir telefon qədər yaxınındayam.

Səidənin anası, mənim bacım Sədaqət, onun uşağına baxdı, ətə-cana gətirdi. Bağda uşağa tək baxırdı. Düzdür, köməkçi tutmuşduq, amma hərdən onun şəkəri çox düşürdü" açıqlamasını verib.

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. R.Dadaşov Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova ilə ailəli olub. Sədaqət və Səidə hazırda küsülüdür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
8
axsam.az

9Sources