EN

İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə GənclikVəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci iltarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyəgənclərinin “Zəfərin 5 ili” forumu baş tutub.

Bu barədə Trend-ə Gənclər Fondundan məlumat verilib.

Forumun əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətənmüharibəsində qazandığı tarixi Zəfəri gənclər arasında təbliğetmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaq, Zəfərimizinbütövlükdə türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər ikiölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan vəTürkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrinimöhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclərmüstəvisində daha da dərinləşdirməkdən ibarət olub.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi iləbaşlayıb. Açılış nitqləri ilə çıxış edən Azərbaycan RespublikasınınGənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən YusifVəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcəAzərbaycan xalqının deyil, bütün türk dünyasının qürurlandığı məqamolduğunu qeyd ediblər. Onlar işğaldan azad edilmiş ərazilərinbərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığıvə qardaşlıq ruhunun mühüm rol oynadığını, Azərbaycan və Türkiyəgəncləri arasında formalaşmış sarsılmaz dostluq və stratejitərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrəmühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnızbölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik vəhəmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi TəyinatlıQüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağqazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantıƏhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycansuverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərimizinmahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhsediblər.

Forumun zəngin proqramı qardaşlıq, həmrəylik və zəfər ruhunuifadə edən musiqili çıxışlarla davam edib. İstedadlı gənc xanəndəYusif Cəfərbəylinin ifaları iki qardaş ölkənin ortaq mədənidəyərlərini və mənəvi birliyini nümayiş etdirib. Vətənmüharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar isə forumiştirakçılarında dərin emosional təəssürat yaradıb. VideoçarxlardaAzərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldanazad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləriöz əksini tapıb.

Forum xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Chosen
36
8
az.trend.az

9Sources