EN

Qəzzada zibilliklər xəstəliklərin yayılmasına səbəb olub

BAKI, 8 noyabr. TELEQRAF

Qəzza sektorunda yığılıb qalmış tonlarla tullantı əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradaraq dəri və mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Qəzzadakı bölmə rəhbəri Alessandro Mrakiç məlumat verib.

Onun sözlərinə görə, bölgədə hazırda təxminən 2 milyon ton utilizə olunmamış tullantı mövcuddur və bu vəziyyət həm ekologiya, həm də su ehtiyatları üçün ciddi risk yaradır.

Həkimlər bildirirlər ki, çadırlarda sıx şəraitdə yaşayan insanlar arasında dəri xəstəlikləri geniş yayılıb. Çoxsaylı ailələr zibilliklərin yaxınlığında yerləşdirilib və bu da gigiyenik vəziyyəti daha da ağırlaşdırıb.

BMT nümayəndələri qeyd ediblər ki, hazırda tullantıların emalı və təmizlənməsi üçün alternativ enerji istehsalı layihələri hazırlanır. Lakin real təmizləmə işlərinə başlamaq üçün ağır texnika və avadanlığa dərhal çıxış lazımdır.

Chosen
98
teleqraf.com

1Sources