EN

Putinlə görüş üçün şərtini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüş barədə açıqlama verib.

Ölkə.az xəbər verir ki, Zelenski bildirib ki, belə bir görüşün keçirilməsi yalnız o halda mümkündür ki, bu, real nəticə versin və mütləq atəşkəsin əldə olunmasına, həmçinin müharibənin sona çatmasına gətirib çıxarsın.

“Əgər bu görüş doğrudan da döyüş əməliyyatlarının dayandırılmasına və sülh prosesinin başlanmasına səbəb olacaqsa, Ukrayna bu və ya digər formatda danışıqları dəstəkləyəcək”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, Ukraynanın məqsədi yalnız formal danışıqlar aparmaq deyil, ölkədə sabit sülhün bərqərar olması üçün konkret addımların atılmasıdır. Onun sözlərinə görə, sülh yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyi təmin olunduğu halda mümkün ola bilər.

Leyla

Chosen
50
olke.az

1Sources