Rumıniyada dəmir yolu keçidində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər ölüb.
Bu barədə "Report" News.ro-ya istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Qəza baş verən ərazidə dəmir yolunun hərəkəti tamamilə məhdudlaşdırılıb, hadisə yerinə xilasedicilər cəlb olunub.