EN

İtaliya nəhəngləri “San Siro”nu aldılar Yeni stadion inşa ediləcək

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın iki nəhəng klubu — “Milan” və “İnter” tarixi qərar qəbul edib.

Fanat.Az "BBC Sport" nəşrinə istinadən xəbər verir ki, hər iki klub “San Siro” stadionunu Milan Bələdiyyə Şurasından 190 milyon avro qarşılığında satın alıb.

Layihəyə əsasən, köhnə “San Siro” tamamilə söküləcək və onun yerində 71 min 500 tamaşaçı tutumuna malik müasir stadion inşa ediləcək.

Yeni arenanın tikintisi üçün ümumi 1,2 milyard avro məbləğində vəsait ayrılacaq. Tikinti işlərinə yaxın aylarda başlanacağı və layihənin 2029-cu ilə qədər tamamlanmasının planlaşdırıldığı bildirilir.

Mənbəyə görə, yeni stadion həm “Milan”, həm də “İnter” üçün ortaq ev arenasi olacaq və Avropanın ən müasir idman komplekslərindən birinə çevriləcək.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
85
fanat.az

1Sources