EN

Prezidentin general rütbəsi verdiyi polkovnik Etibar Məhərrəmov KİMDİR?

Bu gün Prezident İlham Əliyev polkovnik  Etibar İsmayıl oğlu Məhərrəmov “general-mayor” ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.

"Yeni Sabah" Etibar Məhərrəmovla tərcümeyi-halını təqdim edir:

Etibar Məhərrəmov 26 iyun 2025-ci ildə Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini, Qərargah rəisi postuna yeni təyin olunub.

Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

E.Məhərrəmov müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı”, “Vətən uğrunda” və digər medallarla təltif edilib.


Telegram kanalımız
Chosen
59
yenisabah.az

1Sources