Baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Vaqif Qurbanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisidir. O, 1992-ci iyunun 13-də şəhid olub.