EN

Azərbaycan komandasında vəziyyət kritikləşdi - Oyunçular məşqə çıxmaqdan imtina etsələr də...

2-ci Liqa təmsilçisi "Şəki Siti" maliyyə problemi ilə üzləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın titul sponsoru olan turizm şirkəti - "Flyblast" vədinə xilaf çıxıb.

Komandanın bəzi futbolçuları artıq 2 aydır maaş üzü görməyibsə, digərləri son 1 ayın əməkhaqqını almayıb. Oyunçular məşqə çıxmaqdan imtina etsələr də, komandanın çalışdırıcısı Elvin Həsənovun xahişi ilə 8-ci turda səfərdə "Kür-Araz"a qarşı keçirəcəkləri matçın hazırlıqlarına qatılıblar. Məsələni gündəmdə saxlayacağıq.

Qeyd edək ki, "Kür-Araz" - "Şəki Siti" qarşılaşması noyabrın 10-da keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat

Chosen
67
1
fanat.az

2Sources