2-ci Liqa təmsilçisi "Şəki Siti" maliyyə problemi ilə üzləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın titul sponsoru olan turizm şirkəti - "Flyblast" vədinə xilaf çıxıb.
Komandanın bəzi futbolçuları artıq 2 aydır maaş üzü görməyibsə, digərləri son 1 ayın əməkhaqqını almayıb. Oyunçular məşqə çıxmaqdan imtina etsələr də, komandanın çalışdırıcısı Elvin Həsənovun xahişi ilə 8-ci turda səfərdə "Kür-Araz"a qarşı keçirəcəkləri matçın hazırlıqlarına qatılıblar. Məsələni gündəmdə saxlayacağıq.
Qeyd edək ki, "Kür-Araz" - "Şəki Siti" qarşılaşması noyabrın 10-da keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat