EN

Peskovun ulu babası 26 Bakı komissarlarından biri olub

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun mənşəyi ilə bağlı məlumat açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Proyekt” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, onun mənşəyi partiya və kəşfiyyat xətlərinin bir-birinə sıx bağlı olduğu sovet nomenklaturasındandır.

Peskovun ulu babası Yakov Zevin 1918-ci ildə güllələnən 26 Bakı komissarından biri olub. Ölümündən sonra Lenin onun dul arvadını Moskvada mənzillə təmin edib. Peskovun ulu babası Nadejda Krupskaya ilə Xalq Maarif Komissarlığında çalışıb və Lenin ailəsinə yaxın hesab olunurdu.

Daha sonra Dmitri Peskovun anası Nadejda Zevina Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin partizan “təmizləmələri”ndə iştirak edib və ömrünün son illərində Lenin muzeyində işləyib.

Chosen
75
publika.az

1Sources