EN

Zəfər Parkı və Zəfər Muzeyi İcra Hakimiyyətinə təhvil verildi

Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı "PAŞA Holdinq" MMC və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb.
Sənədi "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.
Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Zəfər Parkının ümumi ərazisi 9,16 hektar, yaşıllıq zonası 4,24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyü olan Zəfər tağı, 9,9 metr hündürlüyündə memorial abidə, şəhidlərin adlarının yazıldığı 8,8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114,5 milyon manat sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4 278 kvadratmetr olan bina, 8 sərgi zalı, auditorium zonası (90,7 kvadratmetr) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59,5 milyon manat vəsait ayrılıb.
Chosen
9
3
sherg.az

10Sources