EN

Maduro: Venesuela Vaşinqtondan asılı deyil

Vətəninfo.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsinin siyasəti, iqtisadiyyatı və ictimai həyatı ABŞ-ın mövqeyindən asılı deyil və yalnız venesuelalıların iradəsinə əsaslanır.

“Əsl demokratiya Venesuela demokratiyasıdır. Venesuelanın nə iqtisadiyyatı, nə siyasi, nə sosial həyatı, nə də sülhü qrinqoların yazdıqlarından və dediklərindən asılı ola bilməz,” – deyə Maduro vurğulayıb.

Dövlət başçısı bildirib ki, ABŞ-da üstünlük və hökmranlıq kompleksi formalaşdığı bir zamanda Bolivar Respublikası hökuməti Venesuelada sülhü, firavanlığı, demokratiyanı və azadlığı təmin etməyə davam edir.

Maduro əlavə edib ki, “yeni Venesuelanın iqtisadi rifahı və inkişafı heç bir xarici qüvvədən asılı olmamalıdır” və bu proses yalnız “venezuelalıların zəkası, əməksevərliyi və istehsal potensialı” ilə mümkündür. Prezidentin fikrincə, ölkələr demokratiya modelini kopyalamamalı, Venesuela isə birbaşa demokratiya nümunəsini təqdim edir.

Vaşinqton uzun müddətdir Venesuela hökumətini narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə passivlikdə ittiham edir. Bu səbəbdən ABŞ Karib hövzəsinə böyük hərbi qüvvələr yerləşdirib.

Oktyabrın 7-də ABŞ prezidenti Donald Tramp Venesuela ilə gərginliyin diplomatik yolla həllinə dair bütün cəhdlərin dayandırılması barədə göstəriş verib. O, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada təxribat əməliyyatlarına başlamaq üçün icazə verib.

Maduronun sözlərinə görə, bu addımlar Venesuelanın daxili işlərinə açıq müdaxilədir, lakin rəsmi Karakas ölkənin müstəqilliyini və suverenliyini qorumaqda qərarlıdır.

Chosen
16
veteninfo.az

1Sources