EN

Sahil Babayevdən Səyyad Arana CAVAB – “Bunun başqa alternativi yoxdur”

“Təbliğatla bağlı fikirlərə bir tərəfdən qoşuluram, digər tərəfdən düşünürəm ki, təbliğat daim davam etməməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan nazirə MÜRACİƏT – “Sənəd 2 min səhifədən çoxdur, dərk etməyə çətinlik çəkirik”


“Büdcə zərfi ağır sənəddir, bununla razıyam. Peşəkarlar tərəfindən hazırlanmış 2 min səhifədən çox sənəddir. Orada büdcənin inzibati, iqtisadi, funksional təsnifatı aparılır. Bu ona görə ağır sənəddir ki, dövlət maliyyəsi genişdir. Bu, dünyanın hər yerində belədir. O cədvəllər müqayisələr aparmaq üçün verilir. Maliyyə sisteminin idarə olunması budur. Bunun başqa alternativi yoxdur. 

O cədvəlləri Azərbaycan kəşf etməyib. Cədvəllər beynəlxalq maliyyə sənədləri əsasında aparılır. Orada cədvəllərlə yanaşı izahatlar da var. Mən 3 gündür Milli Məclisdə çıxış edirəm. Hər gün mənə mətbuat icmalı verilir. Bununla bağlı bütün çıxışlar televiziyalarda, saytlarda, sosial şəbəkələrdə verilir”- deyə nazir qeyd edib.

Xatırladaq ki, deputat Səyyad Aran Sahil Babayevdən büdcə məsələlərilə bağlı televiziya vasitəsilə maarifləndirici tədbirləri artırmağı xahiş edib:

“Bu sənəd 2 min səhifədən çoxdur, yazıb bizə vermisiz. Biz özümüz bunu tam mənada oxuyub dərk etməyə çətinlik çəkirik. Bunu siz öz işçiləriniz vasitəsilə insanlara izah edin. Camaat deyir ki, “5 manat pensiya artır, filan məhsul qalxıb olub 15 manat. artırılmamış elə 5 manata alırdım da”. 

Belə sözlərin yayılmasına şərait yaratmaq olmaz. Xalqa mütləq şəkildə o məsələlər çatdırılmalıdır”, - deyə Səyyad Aran bildirib.

Günay Şahmar, Bizim.Media

Chosen
37
1
bizim.media

2Sources