EN

Yuxarıdan göndərilən elçi: Tokayev Tramp haqda görün nə dedi

ABŞ prezidenti Donald Tramp böyük dövlət xadimidir, ölkə siyasətində sağlam düşüncəni bərpa etmək üçün yuxarıdan göndərilmiş elçidir.

Publika.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ-Mərkəzi Asiya Sammitində deyib.

"Düz bir il əvvəl siz tamamilə ədalətli seçkilərdə böyük bir qələbə qazandınız və mən əminəm ki, siz sağlam düşüncə və ənənəvi dəyərləri Amerika siyasətinə, daxili və xarici siyasətə qaytarmaq üçün yuxarıdan göndərilmiş böyük dövlət xadimisiniz", - Tokayev deyib.

Tokayev həmçinin Trampın siyasətinin bütün dünyada dəstəkləndiyinə əminliyini ifadə edib.

Chosen
36
publika.az

1Sources