EN

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik açır

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik ofisi açır.

Herbiand.az xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Moldovaya səfəri zamanı deyib.

“Bu bizim Şərqi Tərəfdaşlıq ölkələrinə və Moldovanın Avropa İttifaqına üzvlüyünə verdiyimiz dəstəyin aydın göstəricisidir. Bu ofis Moldovaya Aİ üzvlüyünə gedən yolda dinamikanı qoruyub saxlamağa kömək edəcək. Moldovanın Aİ-yə ehtiyacı olduğu qədər, Aİ-nin də Moldovaya ehtiyacı var”, - Avropa Parlamentinin prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti noyabrın 7-də Moldovanın paytaxtı Kişinyovda daimi nümayəndəlik açacağını bəyan etmişdi.

Chosen
20
9
herbiand.az

10Sources