AZ

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik açır

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik ofisi açır.

APA xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Moldovaya səfəri zamanı deyib.

“Bu bizim Şərqi Tərəfdaşlıq ölkələrinə və Moldovanın Avropa İttifaqına üzvlüyünə verdiyimiz dəstəyin aydın göstəricisidir. Bu ofis Moldovaya Aİ üzvlüyünə gedən yolda dinamikanı qoruyub-saxlamağa kömək edəcək. Moldovanın Aİ-yə ehtiyacı olduğu qədər, Aİ-nin də Moldovaya ehtiyacı var”, - Avropa Parlamentinin prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti noyabrın 7-də Moldovanın paytaxtı Kişinyevdə daimi nümayəndəlik açacağını bəyan etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
9
apa.az

10Mənbələr