EN

Ermənistanın keçmiş ombudsmanı Paşinyanı ittiham etdi: Bakının "Qərbi Azərbaycan" siyasətini pərdələyir – ÖZƏL

Ermənistanın keçmiş ombudsmanı və "Vəhdət Qanadları" hərəkatının lideri Arman Tatoyan hakim "Vətəndaş Müqaviləsi" partiyasını və Baş nazir Nikol Paşinyanı tənqid edib.

Olaylar.az xəbər verir ki, Tatoyan sosial şəbəkədəki canlı yayımda bildirib ki, Paşinyanın partiyası Azərbaycanın ekspansionist siyasətini pərdələyir və bu siyasətin həyata keçirilməsinə kömək edir.(?)

Tatoyanın sözlərinə görə, "Qərbi Azərbaycan" adlı təşkilatın fəaliyyəti getdikcə daha da aktivləşir. Təkcə bu il bu mövzu ilə bağlı layihələrin sayı iki dəfə artaraq 51-ə çatıb. Son iki ildə 50-yə yaxın konfrans, 25 kitab, 11 sənədli film və 21 video-çarx hazırlanıb.

Tatoyan bildirib ki, Azərbaycanda Vaşinqton sazişinin "Qərbi Azərbaycan məsələsini" beynəlxalq gündəmdən çıxarmayacağını və əksinə, azərbaycanlıların Ermənistana "qayıdışını" sürətləndirəcəyini bəyan edirlər.

Keçmiş ombudsman Ermənistan hakimiyyətinin Azərbaycan prezidentinin bu istiqamətdə fəaliyyəti dayandırması və təşkilatın ciddi qəbul edilməməsi barədə səsləndirdiyi fikirləri sərt tənqid edib.

Tatoyan Bakının mövqeyinin regional sabitliyə təhdid olduğunu və Azərbaycanın ABŞ-nin nüfuzundan istifadə etdiyi barədə Amerikalı tərəfdaşlara məlumat verilməsinin vacibliyini bildirib.(?)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
36
olaylar.az

1Sources