EN

Azərbaycan taekvondoçusu Avropa birinciliyində gümüş medala sahib olub

Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov (53 kq) Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

İdmançı turniri gümüş medalla başa vurub.

İdman.Biz

Chosen
25
1
idman.biz

3Sources