"Daşınmaz əmlak bazarında qiymətlər yenə də artıma məruz qalır. Bu artım həm ölkədəki iqtisadi inkişaf, həm daşınmaz əmlaka olan tələbat, həm də investisiya cazibədarlığının yüksəlməsi ilə bağlıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, hazırda daşınmaz əmlak yeganə vasitələrdəndir ki, ona investisiya yatırmaq risksizdir və gəlirlidir:
"Depozit olaraq banklarda kapitalın saxlanması məksimum 11-12 faiz artım imkanı verir. Daşınmaz əmlak hər il 15-20 faiz artıma məruz qalır və eyni zamanda daşınmaz əmlakın istifadəsi zamanı vətəndaş və yaxud sahibkar ondan gəlir əldə edir. Bu da ikiqat qazanc əldə etmək imkanları yaratmış olur".
Orxan Hüseyn