EN

Kobaxidze: Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir

Azərbaycanla Ermənistan arasında sülh sazişi son dərəcə vacibdir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, son 35 ildə Gürcüstan bölgədə sülhün bərqərar olunmasında çox mühüm rol oynayıb.
“Gürcüstan Ermənistan və Azərbaycan üçün çox önəmli rol oynamaqda davam edir”, - Kobaxidze əlavə edib.
O qeyd edib ki, iki ölkə arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə töhfə verəcək.

Baş nazir bildirib ki, Gürcüstanın Azərbaycan və Ermənistanla iqtisadi tərəfdaşlığı hər iki ölkənin iqtisadi inkişafında həlledici rol oynayır:

“Hazırda hər üç ölkədə yüksək iqtisadi artım templəri müşahidə olunur və bu, üç ölkə arasında sülh və çox yaxşı əməkdaşlıq sayəsindədir. Buna görə də biz eyni yolla davam etməliyik. Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı baxışı belədir”.
Chosen
52
1
sherg.az

2Sources