EN

Yolu kəsən "Lexus" sürücüsü irad bildirən xanıma kobud cavab verdi - 10-AY-028 - VİDEO

Vətəndaşın Avtosfer.az-a göndərdiyi videoda yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi əksini tapıb. Hadisə Yasamal rayonu, Haqverdiyev küçəsində, "Nənəmin təndiri"nin qarşısında baş verib.

"Lexus" markalı, 10-AY-028 nömrə nişanlı avtomobilin sürücüsü sağa dönmə zolağında dayanaraq çörək almağa düşüb. Nəticədə arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü hərəkəti davam etdirə bilməyib. 

Videonu göndərən sürücü bildirir ki, həmin zolaq yalnız sağa dönənlər üçün nəzərdə tutulan zolaqdır və sürücünün burada dayanması bütün hərəkəti iflic edib. Maraqlısı odur ki, "Lexus"un sürücüsü ona irad bildirən xanım sürücüyə kobud cavab verib.

 


Chosen
10
1
7news.az

2Sources