EN

Gürcüstan Avropa İttifaqının təhlükəsizlik layihələrindən kənarlaşdırıldı

BAKI, 7 oktyabr. TELEQRAF

Avropa İttifaqı Gürcüstanı regional təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı layihələrdən kənarlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski tərəfindən ölkənin Xarici İşlər Nazirliyinə ünvanlanan və “Rustavi 2” telekanalına ötürülən məktubda bildirilir.

“Gürcüstandakı mövcud fövqəladə şərait və 27 iyun 2024-cü il tarixində Avropa Şurasının qənaətinə uyğun olaraq (nəticə etibarilə Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılması ilə nəticələnib), sizi məlumatlandırıram ki, Gürcüstanın Aİ tərəfindən maliyyələşdirilən təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı regional layihələrdə bundan sonrakı iştirakı dayandırılıb”, - məktubda Gürcüstan xarici işlər nazirinin birinci müavini Georgi Zurabişviliyə müraciətlə qeyd olunur.

Qerçinski məktubunda bildirir ki, söhbət üç layihədən gedir: Şərq Tərəfdaşlığı çərçivəsində Avropolun dəstəyi ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə layihəsi, TOPCOP II adlı mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlıq layihəsi və Aİ-də narkotiklərin monitorinqi layihəsi (“EU4MD II”).

Gürcüstanın bu proqramlardan kənarlaşdırılması oktyabrın 15-dən qüvvəyə minib və bu, Gürcüstan Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələrinə şamil olunur.

Chosen
45
1
teleqraf.com

2Sources