EN

Nyu Delhi hava limanında nasazlıq səbəbindən 150 dən çox reys gecikib

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nyu-Delhidəki İndira Qandi adına beynəlxalq hava limanında hava hərəkətinin idarəetmə sistemində texniki nasazlıq səbəbindən 150-dən çox uçuş gecikib.

Bu barədə Hindistanın hava limanları idarəsinin məlumatında deyilir.

"Delhi hava limanında hava hərəkətinin idarəetmə məlumatlarının emalını təmin edən avtomatik məlumat kommutasiya sistemində yaranmış texniki problemlər səbəbindən reyslərin yerinə yetirilməsində gecikmələr müşahidə olunur. Texniki mütəxəssislər sistemin ən qısa zamanda bərpası üzərində işləyirlər", - məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
mia.az

1Sources