"Qeyri-sabit çıxışının səbəbi komandanın tam heyətlə oynaya bilməməsidir.

Offsideplus.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin basketbolçusu Ey Cey Makki klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Gəncə" ilə qarşılaşmadan öncə heyətdə yüksək əhval-ruhiyyə olduğunu bildirib:

"Son bir həftə ərzində komandadakı əhval-ruhiyyə çox yüksəkdir. Hər kəs yaxşı nəticələr qazanmaq üçün nələr etməli olduğumuzu başa düşür və daha çox çalışır. Mövsümün əvvəlində qeyri-sabit çıxışımızın əsas səbəblərindən biri komandanın tam heyətlə oynaya bilməməsi idi. İndi isə tam formadayıq və hər kəs vəziyyəti dəyişmək üçün böyük istəklə çalışır. Hər gün bir faiz irəliləyirik. İkinci dövrədə daha yaxşı olmağa çalışacağıq".